Vəzifəmiz

Bizim Şirkət Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda yerləşən rabitə kabellərinin təmiri və tikintisi sahəsində yaranmiş problemləri novatorluqla həll etmək yüksək keyfiyyət və texniki standartlara tam cavab verən xidmətlər göstərməkdən ibarətdir

Bizimlə əlaqə:

Ünvan: Bakı şəh.Biləcəri qəs.,
Fizuli küç.,11a
Tel.: /+994 12/ 401 – 31 – 71
      /+994 12/ 401 – 30 – 71
     / +994 12/ 401 – 31 – 91
Faks: /+994 12/ 401 – 34 – 24
Mob.: /+994 50/ 245 – 88 – 92
e-mail: ks.dis@box.az
office@kabel-servis.com
ŞİRKƏT HAQQINDA

“Kabel - Servis ” MMC – şirkəti özəl kapital əsasında məhdud məsuliyyətli cəmiyyət kimi 15 oktyabr -2001 - ci il tarixində təsis edilmişdir. Şirkətin hüquqi ünvanı : Bakı şəhəri Biləcəri qəsəbəsi Fizuli küçəsi 11a Göstərilən ünvanda 0‚7 ha ərazidə şirkətin rəsmi ofisi‚ qapalı anbarları‚ maşın mexanizmlər üçün xüsusi meydançası‚ işçilərin istirahət və məişət otağı yerləşir. Şirkət öz fəliyyətini tikinti memarlıq üzrə Dövlət Komitəsinin 11 fevral 2002 - ci il tarixində verdiyi AB – 008200 saylı lisenziya əsasında həyata keçirir. Şirkətin əsas fəaliyyət sahəsi lifli – optik və fiziki kabellərin çəkilməsi‚ montajı‚ ölçülməsi və istismarıdır. Şirkət yaxşı maddi – texnikaya malikdir. Balansda 4 (dörd) mobil laborator avtomaşın‚ 3 (üç) ədəd “Qazel“ markalı yük maşını‚ 2 (iki)ədəd “Mercedes“markalı minik maşını‚ bir ədəd kabel arabacığı‚ bir ədəd kompressor PKSD- 5‚25‚ 3 (üç)ədəd dizel generatoru‚ 1(bir) ədəd “ Hidromek HMK 102 S “ekskvator‚ 1 (bir) ədəd KAMAZ markalı yükünü özüboşaldan avtomaşın və s var. Lifli optik kabellərdə qaynaq və ölçmə işlərinin aparılması üçün şirkət 1 (bir) ədəd “Fijikura – 40 S“markalı qaynaq və ölçmə aparatına 2 (iki) ədəd “Fijikura – 50 S“markalı qaynaq aparatına‚bir ədəd ən yeni aparat olan “Fijikura – 60 S“markalı qaynaq aparatına‚ 4 (dörd) ədəd “ OTDR“ markalı ölçmə aparatına‚ alətlər dəstinə‚ kabelin polietilen borularda üfürmə üsulu ilə çəkilməsi üçün “Kabel Jet“ xüsusiləşdirilmiş mexanizmə‚ kabel ləvazimatlarına‚ müxtəlif həcmli kabel məhsullarına malikdir. Hal – hazırda şirkətdə 30 işçi çalışır. Hamlet Nəsibov‚ Vidadi Məmmədov‚ Arzu Vəliyev‚ Yaşar Qaracayev‚ Şirzad Qocayev‚ Nasir Əsgərov və digərləri kimi ixtisaslı mühəndislər şirkətin aparıcı qüvvəsini təşkil edir. İşçilərin ümumi sayından 5 –i ali təhsillidir‚ 4 işçi orta texniki təhsil almışdır‚ 8 nəfəri bu sahədə 20 ildən artıq iş təcrübəsinə malikdir. İki işçimiz Türküyə Respublikasının “Hesfibel“ şirkətinin verdiyi sertifikata malikdir. Şirkət Azərbaycanda‚ habelə onun hüdudlarından kənarda telekommnikasiya layihələrinin icrası ilə məşğuldur. Şirkət Dövlət orqanları və özəl şirkətlərin sifarişi ilə müxtəlif layihələri işləmiş və həyata keçirmişdi‚ onların arasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi‚ “Aztelekom“İB‚ “BTRİB“ İB‚ “AzEuroTel“MMC‚ “Azercell“MMC‚ “BP“‚ “ULTEL“MMC‚ “Siemens“‚ “Azərfon“MMC‚ “Catel“ və s. digər şirkətlər vardır. “Kabel - Servis“MMC – nin işçiləri “BTC“ ana boru tikintisinin Azərbaycan ərazisində optik lifli kabelin çəkilməsində iştirak ediblər. Şirkətdə təhlükəsizlik texnikası Şöbəsi fəaliyyət göstərir.Onu da bildirmək istəyirik ki, şirkətin fəaliyyəti dövründə heç bir bədbəxt hadisə baş verməmişdir. Şirkət nümunəvi vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır. Şirkət 2006 – cı ildən Türküyə Respublikasının “Hes Kablo“ Fabriki ilə əməkdaşlıq edir və kabel məmulatlarının respublikamıza gətirilməsində və satışında yetkildir. Eyni zamanda bildirmək istəyirik ki‚ şirkətimizin Gəncə və Şirvan şəhərlərində sahələri mövcuddur. Həmin sahələr optik ləvazimatlarla‚ laboratoriya maşınları və qaynaqçılarla təmin edilmişlər. Onu da bildirmək istəyirik ki‚ şirkətimiz 2009 – cu ilin yekunlarına görə Dövlət Vergilər Nazirliyi tərəfindən “Nümunəvi Vergi Ödəyicisi“ kimi qeydiyyatdan keçmişdir. “Kabel - Servis“MMC – nin direktoru: Həsibov H.D.